İran hərbi-dəniz təlimləri keçirir


Dünya 22 Yan 2018 14:36:45 321 0

İran hərbi-dəniz təlimləri keçirir

Təlimlər İranın cənub və cənub-şərqində Mekran sahil xəttində və Oman körfəzində başlayıb

İran Silahlı Qüvvələri strateji əhəmiyyətli Oman körfəzi yaxınlığında ikigünlük təlimlərə başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Məhəmməd Allahın rəsuludur-5" adlı təlimlər İranın cənub və cənub-şərqində Mekran sahil xəttində və Oman körfəzində başlayıb. Təlimlər Hərbi-Dəniz Qüvvələrinin, Hərbi-Hava Qüvvələrinin, eləcə də Quru Qoşunlarının iştirakı ilə keçirilir.