Əkizlər şoubiznesdən gedir? Həqiqəti


Digərləri 22 Yan 2018 14:10:00 315 0

Əkizlər şoubiznesdən gedir?  Həqiqəti

Bu gün "Hər şey daxil" verilişinin aparıcıları Sevil-Sevinc bacıları şou-biznesdən 1 il ərzində gedəcəkləri barədə söz-söhbətə aydınlıq gətiriblər.

Son.az xəbər verir ki, verilişin eksperti prodüser Tolik əkizlərə "Hara gedirsiniz?" sualı ilə müraciət edib.

Sevil-Sevinc bacılarının cavabını təqdim edirik:

"Ya mən düzgün izah etməmişəm, ya da onlar başa düşməyib. Şou-biznesdə müəyyən bir müddət qaldıq. Şükürlər olsun ki, işlərimizi qura bildik. Sevənlərimiz var. Ailəmiz üçün çörək pulu aparırıq. Əsas odur ki, halal çörək pulu. Ara-sıra elə şeylər baş verir ki, fikirləşirəm ki, bu şou-biznesdə olmasam, ondan yaxşıdır".