Van Persi sabiq klubuna qayıtdı


İdman 22 Yan 2018 14:14:00 301 0

Van Persi sabiq klubuna qayıtdı

Hollandiyanın "Feyenoord" klubu Türkiyə "Fenerbahçe"sından ayrılan Robin van Persi ilə müqavilə bağlayıb.

Goal.az-ın məlumatına görə, 34 yaşlı hücumçu 1,5 illik anlaşmaya imza atıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.

Hollandiyalı forvard Rotterdam təmsilçisinin aşağı yaş qrupundan yetişib. O, peşəkar futbolçu karyerasına da bu klubda başlayıb. 2015-2016 mövsümündə "Fener"ə keçən van Persi gözlənilən oyunu sərgiləyə bilməyib. O, Hollandiya millisində 102 oyun keçirib.