"İnsanları qıcıqlandıran məsələlər bu qanun layihəsindən çıxarılıb"


Digərləri 22 Yan 2018 14:03:00 284 0

"İnsanları qıcıqlandıran məsələlər bu qanun layihəsindən çıxarılıb"

İcbari tibbi sığorta sahəsində ciddi islahatların aparılması üçün "İcbari tibbi sırğorta haqqında" qanuna ciddi dəyişikliklər edilməsi lazımdır. Bu təklifləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən gözləyirik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Nikaha daxil olmaq istəyən şəxslərin hepatit B və C-dən də məcburi müayinə olunması ilə bağlı səslənən təkliflərə münasibət bildirən Ə.Əmiraslanov qeyd edib ki, hepatit B və C-nin patologiyaları müalicə olunur. Ona görə də digər irsi qan xəstələrindən fərqli olaraq, "belə xəstələrin nikaha girməsi qadağandır" kimi fikirləşmək düzgün deyil.