İran toz dumanına qərq olub,


Dünya 22 Yan 2018 14:07:00 308 0

İran toz dumanına qərq olub,

İranın Xuzistan əyalətinin cənub-qərbində toz dumanına görə 359 nəfər xəstəxanalara müraciət edib. 

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Abadan şəhəri üzrə inistitut rəhbəri Əlirza  Amuzəndə deyib.

Ə.Amuzəndə bildirib ki, insanlar ötən 3 gün ərzində Abadan, Xorrəmşəhr və Şadqan şəhərlərində  yerləşən xəstəxanalara müraciət edib: "Havada olan toz dumanına görə Abadan şəhərində tənəffüs problemi yaşayan 49 nəfərin vəziyyəti ağır olduğu üçün onlar stasionar müalicəyə cəlb olunub. Xorrəmşəhrdə 55 nəfər müraciət edib ki, onlardan 25 nəfəri hazırda xəstəxanadadır. Şadqan şəhərində isə 138 nəfər həkimə müraciət edib və onlardan 14 nəfəri hazırda xəstəxanada müalicə alır".