Hərbi gəmi buzlara əsir düşdü FOTO


Digərləri 22 Yan 2018 13:58:00 299 0

Hərbi gəmi buzlara əsir düşdü  FOTO

ABŞ Hərbi-Dəniz Qüvvələrinin yeni "USS Little Rock" hərbi gəmisi Kanadanın Monreal şəhərinin sahillərində "əsir" qalıb.

Son.az NBC-yə istinadən bildirir ki, havaların həddən artıq soyuq keçməsi nəticəsində su donaraq buz bağlayıb və bu səbəbdən gəmi hərəkət imkanını itirib.

"USS Little Rock" ötən ilin dekabrın 16-da istifadəyə verilmişdi.

Monrealdakı San Lorens Sivdə buzların arasında qalmış gəmi yalnız martda, buzlar əriyəndən sonra hərəkət edə biləcək.


Xəbərə aid fotolar