Azərbaycan Dünya İqtisadi Forumunun indeksində inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub


Digərləri 22 Yan 2018 13:46:00 263 0

Azərbaycan Dünya İqtisadi Forumunun indeksində inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub

Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.

Bakı. Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Trend-in məlumatına görə, ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin