Azərbaycanlı müğənninin evliliyi YALAN ÇIXDI


Digərləri 22 Yan 2018 13:30:00 255 0

Azərbaycanlı müğənninin evliliyi YALAN ÇIXDI

İki həftə öncə ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovun xarici ölkədə gizli ailə qurduğu barədə açıqlaması hər kəsi təəccübləndirmişdi.

Azərbaycanlı müğənni özünə gizli toy etdi - Valideyinlərindən xəbərsiz - FOTO

Son.az xəbər verir ki, gənc müğənni bu gün qonağı olduğu "10-dan sonra" verilişində tamaşaçılara ikinci şoku yaşadıb. Belə ki, müğənni Elgizin verilişində evliliyi ilə bağlı söylədiklərinin yalan olduğunu etiraf edib.

Mirkamilin Yusif Ağayevin verilişində bu gün sözügedən açıqlamasını təqdim edirik:

"Efir gedə-gedə, Elgiz öncədən mənə deməmiş, birdən-birə dedi ki, Mirkamil xaricdə evlənib. Mən də elə obraz oynadım ki, Elgiz özü də inandı, Əli müəllim də inandı. Orada hər kəs inandı. Evdən mənə zəng ediblər ki, "Bala bizə niyə deməmisən". Yəni hamı inanıb. Onu da mən ona görə etdim ki, yəni baxın, verilişin gedişatında elə etmək olar ki, insana psixoloji təsir var da. Elgiz verilişin axırında mənə deyir ki, mən özüm inandım. Amma elə bir şey yoxdur. Bir ingilisim çatmırdı mənim. Birdən toyum olsa, kimin ürəyi istəsə, kim eşitsə, restoranın yerini öyrənib gəlsin. Sonra mənə deməsin ki, çağırmamısan. Qəlbimdə ailə qurmağa namizəd var".


Xəbərə aid fotolar