Ov mövsümü heç də hamı üçün uğurlu bitmir


Digərləri 22 Yan 2018 13:40:00 321 0

Ov mövsümü heç də hamı üçün uğurlu bitmir

Şəki və Ağsu rayonlarında keçirilən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı 4 nəfər saxlanılıb, onlardan 2 ədəd ov silahı götürülüb. 

DİN-dən Son.az-a verilən məlumata görə, Şəki rayonunun Çeşməli kəndinin ərazisindəki "Qarasu" adlanan meşə zolağında qanunsuz ov edən Laçın rayon sakini Elman Rəhimov, Kəlbəcər rayon sakinləri Səfər Salmanov və qardaşı Coşqun polis əməkdaşları tərəfindən saxlanılıblar. C.Salmanovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Saməddin Kazımov Ülgüc kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi götürülüb.

Saatlı RPŞ-nin əməkdaşları Dədə Qorqud kənd sakini Ramin Hacıyevdən "İJ-16" markalı ov tüfəngi və 11 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Sabir Lətifovdan və Namus Niftiyevdən müvafiq sənədləri olmayan "TULA" və "İJ-58" markalı ov tüfəngləri götürülüb.