Əfqanıstanda BMT missiyasına hücum edildi


Dünya 22 Yan 2018 13:43:54 259 0

Əfqanıstanda BMT missiyasına hücum edildi

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlı şəxslər BMT missiyasının əməkdaşlarına hücum ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər həlak olub, bir nəfər silahlılar tərəfindən saxlanılıb.

Bildirilir ki, missiyanın tərkibində olan bir qadın qaçırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.