Azərbaycanda insaların ölüm SƏBƏBİ


Digərləri 22 Yan 2018 13:45:00 261 0

Azərbaycanda insaların ölüm SƏBƏBİ

Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır. Belə bir qanun yazılması vacibdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir: "Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar".

Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.