Leon Qoretzka: "Tribunalardan gələn fit səsi məni məyus etdi"


İdman 22 Yan 2018 13:11:00 341 0

Leon Qoretzka: "Tribunalardan gələn fit səsi məni məyus etdi"

"Schalke"nin yarımmüdafiəçisi Leon Qoretzka "Bayern Munich"lə rəsmi müqavilə imzalayıb. Gənc futbolçu yayda Münhen klubunun düşərgəsinə yollanacaq. Bundesliqanın 19-cu turunda keçirilən "Schalke" - "Hannover" (1:1) qarşılaşmasında yerli azarkeşlərdən bəzisi Qoretzkanı bu qərarını görə fitə tutmuşdu. Goal.az xəbər verir ki, 22 yaşlı havbek özünə qarşı narazılıq barədə bunları deyib:

"Bu günlər karyeramda ən çətin günlərdir. Fərqli duruma düşmüşəm. Stadionda ümumi atmosferin pozitiv qalmasından şad oldum. Mənə narazılıq və etirazını bildirən azarkeşləri başa düşürəm. Əlbəttə, tribunalardan gələn fit səsi məni məyus etdi.

Qərar vermək üçün mənə uzun müddət lazım oldu. Ağlıma qulaq asdım, məqsədim və karyeramı harda davam etdirmək istədiyimi anladım. "Schalke" aydın bildirdi ki, 2 variantım var. Müqaviləmi yeniləmək, yaxud yayda klubu tərk etmək. Buna görə mövsümün sonuna qədər "Schalke" forması ilə əlimdən gələni edəcəm".