İt ovçunu "güllələdi"


Dünya 22 Yan 2018 13:17:00 299 0

İt ovçunu "güllələdi"

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda ov zamanı bir kişi ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 64 yaşlı yerli sakin ov ərazisinə gələrək avtomobilin baqajında saxladığı iki köpəyini açıb buraxıb. Bu zaman oynaşan hevvanlardan birinin pəncəsi yanlarında olan "TOZ-34" markalı ov tüfənginin tətiyinə toxunub. Silahdan açılan güllə ovçu qarın nahiyəsinə tuş gəlib.

O, atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.