Metroda qadınların telefonunu oğurlayan keçmiş məhkum tutulub


Digərləri 22 Yan 2018 13:27:51 260 0

Metroda qadınların telefonunu oğurlayan keçmiş məhkum tutulub

Metroda cibgirlik edən şəxs saxlanılıb.

Bakı. Metroda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.