Azərbaycanda səhiyyə ilə bağlı beynəlxalq forum keçiriləcək


Digərləri 22 Yan 2018 12:54:00 164 0

Azərbaycanda səhiyyə ilə bağlı beynəlxalq forum keçiriləcək

Sonuncu belə forum ötən il İsraildə baş tutub

“Dünyada tibb assosiasiyaları forumları keçirilir. Belə forumlar 1984-cü ildən bu günə qədər təşkil olunur. Forumda əsasən, səhiyyədə qanunvericilik, icbari tibbi sığortanın formalaşdırılması, diplomdan sonrakı təhsil, ailə təbabəti və ilkin tibbi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib.

O xatırladıb ki, sonuncu belə forum ötən il İsraildə keçirilib.

R.Mahmudov bildirib ki, Azərbaycandakı müvafiq assosiasiyalar birləşərək həmin foruma müraciət ediblər. Bundan sonra 50 ölkənin səsverməsi ilə növbəti səhiyyə forumunun Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilib: “Beynəlxalq forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək”.