AŞPA prezidenti vəzifəsinə bir namizəd var


Siyasət 22 Yan 2018 12:56:01 254 0

AŞPA prezidenti vəzifəsinə bir namizəd var

Mikele Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə yalnız bir namizəd var.

"Report"un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir.

Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.