"Pul yaxşı bir şeydir, amma..."
Şou-biznes 22 Yan 2018 13:02:00 266 0
Bu gün "10-dan sonra" verilişinin qonaqlarından biri Gülay Zeynalova olub.
Son.az xəbər verir ki, xanım ifaçı tamaşaçının ona ünvanladığı "Şou-biznesə məşhur olmaq üçün, yoxsa pul qazanmaq üçün gəlmisiniz?" sualına maraqlı cavabı ilə diqqət çəkib:
"Mən bu sənətə 2, 3 il bundan qabaq gəlməmişəm. Mən 7, 8 yaşımdan artıq dəyərli sənətkarlardan təhsil almışam. Ustadlarım çox insanlar olub. Bu mərhələləri keçə-keçə gəlmişik. Məqsədimiz o olmayıb ki, tanınaq. Amma, təbii ki, maddiyat da çox önəmlidir. Biz efirlərə çıxırıq, tədbirlərə, toylara gedirik. Azərbaycanda müğənninin qazanc yeri toylardır. Bir insan sənətini yaxşı dərəcədə çiynində daşısa, pul özü gələcək. Düzdür, pul yaxşı bir şeydir. Amma pul hər şeyi həll etmir".
Mənbə: milli.az