Qadının çantasını almaq üçün ölümcül etdi, amma yaxalandı


Digərləri 22 Yan 2018 13:03:00 234 0

Qadının çantasını almaq üçün ölümcül etdi, amma yaxalandı

Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub.

Bakı. Samir Əli - Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını alması müəyyən edilib.