Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü saxlanıldı


Digərləri 22 Yan 2018 12:50:00 280 0

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü saxlanıldı

Bakıda avtomobil qaçıran dəstənin daha iki üzvü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevlə bağlı aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.

Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki "VAZ-2104" markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.