Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğuna görə həbs edildi


Kriminal 22 Yan 2018 12:32:00 232 0

Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğuna görə həbs edildi

Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğu və qarət üstündə saxlanılaraq həbs edilib. 

Son.az report-a istinadən xəbər verir ki, paytaxt Kiyev şəhərinin Qolosevskiy rayonu məhkəməsinin qərarı ilə saxlanılan Azərbaycanın vətəndaşı, 1975-ci ildə anadan olan Neymətzadə Xalid Fəzail oğlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət işinin istintaqı gedir, zərərçəkənlər dindirilir.