Keçmişdə belə xəstələri edam edirdilər İndi bir çoxunuz bu xəstəliyi daşıyırsınız!


Digərləri 22 Yan 2018 12:27:00 373 0

Keçmişdə belə xəstələri edam edirdilər  İndi bir çoxunuz bu xəstəliyi daşıyırsınız!

Hazırda insanların əhəmiyyətli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Amma kəskin və parlaq şəkildə ifadə olunan simptomları olmadığına görə çoxları xəstə olduğunu ya başa düşmür, ya da bu faktı qulaqardına vurur.

Son.az saglamolun.com-a istinadən xəbər verir ki, bu xəstəlik tarix boyunca müxtəlif adlar altında bəlli olub. Orta əsrlərdə xristian kilsəsinin rəhbərliyi altında hpkm sürən "Müqəddəs İnkvizisiya" dövründə bu xəstəliyin daşıyıcıları "şər qüvvələrə" ("İblis"ə) təslim olmuş hesab edilirdilər. Bu xəstəliyin kəskin formasına tutlanları "kafir" adı altında edam edirdilər.

Daha sonra "Renessans" dövründə Avropada bu xəstəliyi "melanxoliya" adlandırırdılar.

19-cu əsrdə ipoxondriya kimi tanınan bu xəstəlik ipoxondriya adlanırdı.

20-ci əsrdə xəstəlik həkimlər arasında "stressə kəskin reaksiya" kimi təyin olunmağa başladı.

Müasir dövrdə həkimlər bu xəstəliyi daha yaxşı fərqləndirə və diaqnoz qoya bilirlər: Depressiya.

Bir çoxları bu xəstəliyi adi məyusluqla səhv salırlar. Həmçinin "yaz depressiyası" və ya "payız depressiyası" kimi ifadələr də elmi cəhətdən soğru deyil. Depressiya ötəri xarakter daşımayan, uzun sürən xəstəlik növüdür. Bunu həmçinin stresslə də səhv salmayın. Müxtəlif situasiyalara insanın verdiyi neqativ reaksiya depressiya deyil, sadəcə, stressdir. Baxmayaraq ki, intensiv stress mühiti də enində-sonunda depressiyaya gətirib çıxarır.