Zaman puldur və ya nəyə görə SOCAR istiqrazlarını məhz indi almaq lazımdır?


Digərləri 22 Yan 2018 11:40:48 276 0

Zaman puldur və ya nəyə görə SOCAR istiqrazlarını məhz indi almaq lazımdır?

Zaman puldur və ya nəyə görə istiqrazları məhz indi almaq lazımdır?

Bakı. Son illərin hadisələri Azərbaycanın bank sisteminə olan etibarı sarsıtdı və nəticədə əhalinin banklardakı əmanətləri azaldı. Amma hər kəsə bəllidir ki, “yastıq altında yatan” pullar mənfəət gətirmir. Üstəlik, inflyasiyaya görə onlar ucuzlaşır da. Buna görə də hal-hazırda alternativ investisiya alətlərinin, xüsusilə də istiqrazların aktuallığı artır. Bu gün istiqrazlar mürəkkəb və başa düşülməz hesab edilir. Buna baxmayaraq, bu bazar yatırımları şaxələndirmək və təmin olunmuş gəlir əldə etmək üçün böyük imkanlar yaradır. İstiqrazlar və bank depozitləri mahiyətcə oxşardır. Hər iki halda investor kreditor qismində fəaliyyət göstərir və faizlə borc verir. Halbuki istiqrazlara qoyulan investisiyalar bir neçə üstünlüklərə malikdir. Birincisi, istiqrazlar daha sərfəlidir: Azərbaycanda xarici valyutada olan depozitlər üzrə orta faiz dərəcəsi 3% ətrafındadırsa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dollar istiqrazları üzrə illik faiz dərəcəsi 5% təşkil edir. İkincisi, bank depozitinə vaxtından əvvəl xitam verildikdə, investor yığılmış faizləri itirir, istiqrazları satarkən isə investor əlavə gəliri tam həcmdə alır. Üçüncüsü, istiqrazlar üzrə gəlirlər vergidən azaddır.