Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi


Digərləri 22 Yan 2018 11:21:10 300 0

Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.

Mİlli.Az xəbər verir ki, bu barədə unikal.org-a mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib. O vurğulayıb ki, qardaşı Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.

Mərhumun 3 mərasimi sabah saat 10:00-dan "Həzi Aslanov" metro stansiyasının yaxınlığındakı "Zəm-zəm" mərasim evində keçiriləcək.