"Azərbaycan xalçaları" jurnalının 24-ci sayı nəşr olunub


Digərləri 22 Yan 2018 11:25:27 222 0

"Azərbaycan xalçaları" jurnalının 24-ci sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalı 24-cü sayı işıq üzü görüb.

Bakı. “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalı 24-cü sayı işıq üzü görüb. Trend-in məlumatına görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Jurnal “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı, Sumqayıt Sənaye Parkında Əyirici-Boyaq Fabrikinin təməlqoyma mərasimi haqqında rəsmi materiallarla başlayır.