Tovuz sakini evinə girən oğrunun üzünü yandırdı


Kriminal 22 Yan 2018 11:17:00 248 0

Tovuz sakini evinə girən oğrunun üzünü yandırdı

Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.