Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu


Kriminal 22 Yan 2018 10:57:00 245 0

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulub.

Son.az report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.