“Kəpəz” avrokuboklarda iştirakdan imtina etdi


İdman 22 Yan 2018 10:50:00 282 0

“Kəpəz” avrokuboklarda iştirakdan imtina etdi

 “Kəpəz” futbol klubu 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib.

Goal.az xəbər verir ki, bu barədə “Report”a Gəncə klubundan məlumat verilib. Cari mövsümdə Azərbaycan Kubokunda mübarizəni dayandıran, Premyer Liqada isə 7 xalla sonuncu – 8-ci pillədə qərarlaşan “sarı-göylər”in rəhbərliyi AFFA-nın Lisenziyalaşdırma Qrupuna qitə miqyaslı turnirlərə qatılmaqla bağlı müraciət etməyə ehtiyac görməyib.

Gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etməyən digər klub isə "Səbail"dir. Premyer Liqanın debütantı ölkə çempionatlarının müxtəlif liqalarında 3 mövsüm çıxış etmədiyinə görə 2018/2019-da avrokuboklara qatıla bilməz.

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Premyer Liqa klublarından heç də hamısının gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etmədiyini bildirmişdi.