Gəncədə əvvəllər məhkum olunan şəxsdən 16 kiloqramdan çox narkotik maddə götürülüb


Sosial 22 Yan 2018 10:50:39 282 0

Gəncədə əvvəllər məhkum olunan şəxsdən 16 kiloqramdan çox narkotik maddə götürülüb

Faktla bağlı cinayət işi başlanılıb

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunan Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.