İspan klubları 1 saatda 4 ərəb futbolçu aldı


İdman 22 Yan 2018 10:33:00 304 0

İspan klubları 1 saatda 4 ərəb futbolçu aldı

İspaniya klubları bir saat ərzində Səudiyyə Ərəbistanının 4 futboçusunu transfer etdiklərini açıqlayıblar.

 “Leganes” Yəhya Əl-Şerini ("Əl-Nəsr"), "Villarreal" Salem Əl-Dosarini ("Əl-Hilal") "Levante" Fəhəd Əl-Muvalladı ("Əl-İttihad"), “Valladolid” isə Nuh Əl-Musani ("Əl-Fateh") cari mövsümün sonuna qədər icarəyə götürüb.

Bildirilir ki, bu keçidlər İspaniya Kral Futbol Federasiyası ilə Səudiyyə Ərəbistanı Futbol Federasiyası arasında əldə olunan razılığa əsasən baş tutub. Sövdələşmə Səudiyyə Ərəbistanı milli komandasının oyunçularına şamil olunur.