“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” üzrə aparılan işlər zamanı Goranboyda tarixi əhəmiyyətli abidə aşkarlanıb (FOTO)


Digərləri 22 Yan 2018 10:38:18 264 0

“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” üzrə aparılan işlər zamanı Goranboyda tarixi əhəmiyyətli abidə aşkarlanıb (FOTO)

“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisinə daxil Kərpiclitəpə adlı yerdə (CQBKG-nin 247-ci kilometrliyində) tarixi əhəmiyyətli abidə aşkar edilib.

Bakı. İlhamə İsabalayeva - “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisinə daxil Kərpiclitəpə adlı yerdə (CQBKG-nin 247-ci kilometrliyində) tarixi əhəmiyyətli abidə aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, transmilli karbohidrogen nəqli layihələrinə arxeoloji tədqiqatların aparılması üçün cəlb edilmiş və abidəni aşkarlamış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərindən ibarət xüsusi qrupa İnstitutun “Arxeoloji xidmət” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı rəhbərlik edir. Çöl-tədqiqat işlərinin rəhbəri, İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında isə Kərpiclitəpə sahəsi üzrə qazıntılar aparılmaqdadır. Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı 2 tikinti horizontu qeydə alınıb. 1-ci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndirləri, həmçinin su quyusu aşkar edilib: