Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar


Digərləri 22 Yan 2018 10:20:17 238 0

Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar

Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.

Bakı. Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib. Trend-in məlumatına görə, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız turniri 8 medalla başa vurub. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Gənclər arasında millimizin heyətində təmsil olunan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Müseyib Məmmədov üçün də bu yarış uğurlu olub. Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb.