Oksananı döyən Xosenin məhkəməsi başlayır


Digərləri 22 Yan 2018 10:18:00 213 0

Oksananı döyən Xosenin məhkəməsi başlayır

Bu gün Binəqədi Rayon Məhkəməsində keçmiş həyat yoldaşı, rəqqasə Oskana Rəsulovanı döyərək xəsarət yetirməkdə təqdirləndirilən məşhur reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Son.az xəbər verir ki, məhkəmədən qafqazinfo-ya verilən xəbərə görə, bu gün ilkin hazırlıq iclası keçiriləcək. E.Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. O.Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir. 

Bu maddə ilə təqsirləndirilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu pul cəzası, islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.