Ronaldo qanlar içində - video


İdman 22 Yan 2018 09:39:00 395 0

Ronaldo qanlar içində - video

Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldonun sol qaş nahiyəsi yarılıb.

Goal.az xəbər verir ki, La Liqada "Deportivo"ya qarşı keçirilən oyunun (7:1) sonlarında Ronaldo sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib.

Portuqaliyalı 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb. 

Xatırladaq ki, "Real"ın 7 qolundan 2-sini Ronaldo vurub.