Zaqatalada 7 yaşayış məntəqəsinin yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 22 Yan 2018 09:46:00 274 0

Zaqatalada 7 yaşayış məntəqəsinin yolu yenidən qurulur (FOTO/VİDEO)

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu yenidən qurulur.

Bakı. Samir Əli - Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 37.5 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.