Bu gün Davos İqtisadi forumu başlayır


Dünya 22 Yan 2018 09:30:00 271 0

Bu gün Davos İqtisadi forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.

Son.az APA-ya istinadən xəbər verir ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Prezident İlham Əliyevin "Strateji perspektivlər: Avrasiya" panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.