Ərdoğan: "Afrində "Zeytun budağı" uğurla davam edir"


Dünya 22 Yan 2018 09:34:00 283 0

Ərdoğan: "Afrində "Zeytun budağı" uğurla davam edir"

Afrində PYD və YPG əleyhinə "Zeytun budağı" əməliyyatı uğurla davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənini prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Prezident əlavə edib ki, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə əməliyyatlara başlamaq məcbur olub.

Türkiyəli liderin sözlərinə görə, Afrində əməliyyatları qısa zamanda yekunlaşdırmaq planlaşdırılır.