Adeli pinqvinindən maraqlı ziyarət VİDEO


Digərləri 22 Yan 2018 09:25:00 239 0

Adeli pinqvinindən maraqlı ziyarət  VİDEO

Şərqi Antarktidada Vinsenes körfəzində olan avstraliyalı alimlər maraqlı hadisə ilə qarşılaşıblar.

Son.az Trend-ə istinadən bildirir ki, Adeli pinqvini sudan tullanaraq bir neçə saniyə onların qayığında keçirib.

Avstraliya antarktik xidmətinin ekspedisiya iştirakçıları zarafatyana pinqvinin "yoxlama" ilə gəldiyini deyirlər. Hadisə alimlər su nümunələrini götürərkən baş verib.