Nazir müavini: Xüsusi iqtisadi zonalar və sənaye parklarının infrastrukturunun özəl sektor tərəfindən yaradılması təşviq ediləcək (MÜSAHİBƏ)


Digərləri 22 Yan 2018 08:01:00 282 0

Nazir müavini: Xüsusi iqtisadi zonalar və sənaye parklarının infrastrukturunun özəl sektor tərəfindən yaradılması təşviq ediləcək (MÜSAHİBƏ)

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun Trend-ə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları ilə bağlı müsahibəsi

Bakı. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun Trend-ə və "Azernews" qəzetinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları ilə bağlı müsahibəsi Azərbaycanda fəaliyyət göstərən sənaye parkları Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli, 548 nömrəli fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətii sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinn tabeliyinndə parkın idarəedici təşkilatı olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisi 505,64 hektar təşkil edir. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının rezidentləri qanunvericiliyə əsasən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Sumqayıt Kimya Sənaye Parkında 15 müəssisəyə ("Azertexnolayn" MMC - polad və polietilen borular, iri diametrli qofralı polietilen borular, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqların istehsalı, "SOCAR Polymer" MMC - polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı, "AzerFloat" QSC - termoformasiya metodu ilə şüşə istehsalı, "Azerbaijan Fibro Cement" MMC - fibro-sement lövhələrin istehsalı, "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" MMC - Silisium və Kalsium, habelə ferrosilisium və ferrosilikomanqan istehsalı, "MST Engineering Services" MMC - yüksək təzyiqə davamlı xortum və fitinqlərin istehsalı, "Aqrokimya Azərbaycan" MMC - maye və toz halında pestisidlərin istehsalı, "Alco Lubricant" MMC - sintetik və yarı-sintetik sürtkü yağlarının istehsalı, "STDC" MMC - Məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsi, "Azərxalça" ASC - yun əyirici-boyaq, "STP" MMC - müxtəlif təyinətlı sənaye məhsullarının istehsalı, "Tabaterra" QSC - siqaret istehsalı, SOCAR Karbamid Zavodu - azot gübrəsinin istehsalı və "Sumplast" MMC - plastik məmulatların istehsatı) Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Azərbaycan Prezidentinin 2015-ci II 3 iyun tarixli 1255 nömrəli sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılıb. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. Azərbaycan Prezidentinin 2015-ci il 26 fevral tarixii 1077 nömrəli sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılıb. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Mingəçevir Sənaye Parkının hazırda bir rezidenti vər və bu da "Mingəçevir Tekstil" MMC-dir. Layihayə əsasən Mingəçevir Sənaye Parkında 2 iplik fabrikinin - "Ring" və "Open End" iplik fabrikləri tikilib istismara veriləcək ki, bunların illik istehsal həcmləri 20 min ton iplik olaraq nəzərdə tutulur. Avadanlıqlar Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin aparıcı şirkətlərindən alınacaq və adıçəkilən fabriklər Cənubi Qafqazda yüngül sənaye üzrə ən müasir fabriklərdən olacaq. Pirallahı Sənaye Parkı Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli sərəncamı ilə yaradılıb. Əczaçılıq və dərman vasitələrinin istehsalı Parkın əsas fəaliyyət istiqamətinə daxildir. Hazırda Pirallahı Sənaye Parkının 3 ("Həyat Farm" MMC, "Diamed Co" MMC və "Caspian Pharmed" QSC) rezidenti qeydiyyatdan keçib. Təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şəraitin yaradılması məqsədilə "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə Balaxanı qəsəbəsində 7 ha torpaq səhəsində Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncama əsasən "Təmiz Şəhər" ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı kimi müəyyən olunub. Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, о cümlədən "yaşıl iqtisadiyyat'ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.