Helsinkidən Tokioya uçan sərnişin təyyarəsinin mühərriki yanıb


Dünya 22 Yan 2018 03:38:00 317 0

Helsinkidən Tokioya uçan sərnişin təyyarəsinin mühərriki yanıb

Hava gəmisinin göyərtəsində 164 sərnişin və 13 heyət üzvü olub

Helsinkidən Tokioya uçan "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi bazar günü axşam təcili eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Helsingin Sanomat" qəzeti yazıb.

Təyyarənin hava limanına geri qayıtmasına mühərriklərdən birinin yanması səbəb olub. Hava gəmisinin göyərtəsində 164 sərnişin və 13 heyət üzvü olub.