Arıqlamağın yeni üsulu


Digərləri 21 Yan 2018 23:55:00 264 0

Arıqlamağın yeni üsulu

Missuri universitetinin tətqiqatçıları (ABŞ) təsdiq edirlər ki, zülallarla zəngin olan səhər yeməyi insanı gün ərzində tox saxlayaraq iştahasını azaldır.

Nəticədə insan həmişəkindən az yeyir və bu ona arıqlamaqda kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, səhər yeməyi yeməyən insanlar gün ərzində daha tez-tez və çox yeyirlər və nəticədə artıq çəki yığırlar.

Beləliklə, alimlərin fikrinə görə, səhər yeməyi kifayət qədər tutumlu və zülallarla zəngin olmalıdır ki, insan tək sağlam yox, həm də biçimli olsun.