Azərbaycanda “çürük banklar”ın sayı


Digərləri 21 Yan 2018 23:29:00 228 0

Azərbaycanda “çürük banklar”ın sayı

2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın "qurbanı" oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı.

Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər.

Son.az modern.az-a istinadən bildirir ki, iqtisadçı Vüqar Bayramov a deyib ki, V.Bayramov deyib ki, bütövlükdə 10-a yaxın bankın sağlamlaşdırılmasına ehtiyac var:

"Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmalıdır. "Çürük bank"ların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır".

Ekspert bildirib ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən bankların fəaliyyət göstərməsi lüzumsuzdur.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirib ki, hazırda bank sektorunun sağlamlaşdırılması prosesləri davam edir: