Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib


Dünya 21 Yan 2018 23:22:00 251 0

Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib

Müzakirələr baş qərargah rəisləri arasında aparılıb

Türkiyə və İranın baş qərargah rəisləri Hülusi Akar və Məhəmməd Hüseyn Baqiri telefon söhbəti zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin hərbi idarəsinin məlumatında deyilir.

"Tərəflər telefon söhbəti zamanı Suriyada təhlükəsizlik məsələlərini müzakirə ediblər, həmçinin terror təşkilatları ilə mübarizədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar", - deyə sənəddə qeyd olunub.