Biləsuvarda duman problemlər yaradıb FOTO


Digərləri 21 Yan 2018 23:09:00 294 0

Biləsuvarda duman problemlər yaradıb  FOTO

Hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb

Biləsuvarda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətində qismən problemlər yaradıb.

Son.az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.


Xəbərə aid fotolar