BMT TŞ sabah Suriya üzrə məsləhətləşmələr keçirəcək


Dünya 21 Yan 2018 22:52:00 347 0

BMT TŞ sabah Suriya üzrə məsləhətləşmələr keçirəcək

BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian "Tvitter" sosial şəbəkəsində yazıb.

" Fransa humanitar çıxışın təmin edilməsində ehtiyac olduğunu vurğulayır", - deyə nazir bildirib.

Şənbə günü Türkiyə Suriyanın Afrin şəhərində silahlı kürd birləşmələrinə qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.