Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib


Dünya 21 Yan 2018 22:30:20 263 0

Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib

Hava zərbələri "Zeytun budağı" əməliyyatı çərçivəsində endirilib

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti – yaraqlıların sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.

Əməliyyata Türkiyə HHQ-nin 32 təyyarəsi cəlb olunub. Onlar qoyulan vəzifəni uğurla həyata keçirərək yerləşdikləri aerodromlara geri qayıdıblar.