Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb - FOTO


Sosial 21 Yan 2018 22:17:00 262 0

Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb - FOTO

Hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb

Biləsuvarda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətində qismən problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə olan məlumata görə, hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.