İnsan beyini nə zaman qocalmağa başlayır?


Digərləri 21 Yan 2018 21:15:00 300 0

İnsan beyini nə zaman qocalmağa başlayır?

Virciniya Universitenin (ABŞ) tədqiqatçıların rəyinə görə, insan beyinin qocalması biz fikirləşdiyimizdən daha tez başlayır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bir qrup müxtəlif yaşda olan insanların iştirakı ilə uzun illər müddətində araşdırma aparıblar. Araşdırmalar nəticəsində məlum oldu ki, beyinin fəaliyyətinin zirvəsi 22 yaş həddidir.

27 yaşında insan beyinin fəaliyyətində artıq müəyyən problemlər meydana çıxır. 37 yaşında insanın yaddaşı zəifləməyə başlayır. 60 yaşından sonra isə beyində ciddi pozğunluqlar baş verir.