Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər


Digərləri 21 Yan 2018 20:55:00 303 0

Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər

Şizofreniya ciddi ruhi xəstəlikdir. Psixozun ən çox görünən formasıdır. (Psixoz- reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir). Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir.   Şizofreniyanın əsas simptomları hansılardır?

Əsası olmayan düşüncələrin olması;

Xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi;

Sayıqlamalar;

Özünü dini və ya siyasi şəxslərlə eyniləşdirmək (Mən peyğəmbərəm və ya generalam və s.)

Fikirlərin ətrafa yayılması və s. kimi reallıqla uyğunlaşmayan düşüncələrin biruzə verməsi...