Camışçılıq təsərrüfatı niyə sıradan çıxır? VİDEO


Digərləri 21 Yan 2018 20:46:00 363 0

Camışçılıq təsərrüfatı niyə sıradan çıxır?  VİDEO

Kəndllərdə əvvəllər daha çox camış saxlayırdılarsa, son dövrlər bu sahəyə maraq azalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sovetlər dönəmində camışçılıq təsərrüfatı ilə daha çox məşğul yerlərdən biri də Salyan çox rayonunun Şorsulu kəndi idi. Ancaq indi kənddə bu ənənənə tarixə qovuşur.

Kənd sakinlərinin sözlərinə görə, o zaman hər bir təsərrüfatda azı 10-12 baş camış saxlanılırdı. Lakin son zamanlar tədricən bu təsərrüfat öz yerini maldarlıqla əvəz etməyə başlayıb.

Yerli sakinlər bunu müxtəlif amillərlə izah edirlər. Bunlardan ən əsası maldarlıqla müqayisədə camışçılığın daha çox xərc tələb etməsidir.

Camışçılıq təsərrüfatının gəlirli olduğu üçün az da olsa bu sahə ilə məşğul olanlar var.

Goranboy rayonundan olan fermerler də eynı vəziyyətdən şikayətçidir.


Xəbərə aid video