Çexiya baş nazirinin deputat toxunulmazlığı əlindən alındı


Dünya 21 Yan 2018 19:41:00 262 0

Çexiya baş nazirinin deputat toxunulmazlığı əlindən alındı

Çexiya parlamentinin aşağı palatası son parlament seçkilərində qalib gələn baş nazir, ANO Hərəkatının lideri Andrey Babiş və ANO-da birinci müavini Yaroslav Faltinekin deputat toxunulmazlığını ləğv edib.

Son.az oxu.az-a istinadən bildirir ki, parlamentin 180 deputatından 111-i bu qərarın lehinə, ANO Hərəkatından olan 69 deputat isə əleyhinə səs verib.

A. Babiş və müavini Avropa İttifaqının ayırdığı aqrokreditin bölgüsündə fırıldağa yol verməkdə ittiham olunur.

O, ittihamı rədd edib.